CƏMİYYƏT


Səhiyyə Nazirliyinin yanğın zamanı xəsarət alanlarla bağlı məlumatı

Bakının Binəqədi rayonundakı yaşayış binasında baş vermiş yanğınla əlaqədar ən son məlumatlara əsasən, yaralılar artıq təcili tibbi yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib. Xəstəxanalarda olan yaralıların həyatı üçün təhlükə yoxdur. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcədən yaralıların qəbulu üçün tam hazır vəziyyətdə olan xəstəxanalarda onlara ən yüksək səviyyədə tibbi yardım göstərilir. Aldıqları müxtəlif bədən xəsarətlərindən 14 nəfər dünyasını dəyişib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır