RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyev Bakıya gətirilən yeni elektrik qatarı ilə tanış olub

İyunun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıya gətirilən yeni elektrik qatarı ilə tanış olub. Nəqliyyat naziri Ziya Məmmədov və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov əvvəlcə dövlətimizin başçısına Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolunda həyata keçirilən yenidənqurma işləri barədə məlumat verdilər.