CƏMİYYƏT


FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyinin müraciətində çimərlikdə xoş zaman keçirmək üçün hər kəsin təhlükəsizlik qaydalarını bilməsinin vacib olduğu qeyd olunub. Bildirilir ki, nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, çimərlikdə balıq tutmaq, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır