MƏDƏNİYYƏT


Bu gün dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günüdür

18 sentyabr - Bəstəkar, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin doğum günü (1885-1948). Ü.Hacıbəyli Azərbaycan Respublikası himninin bəstəkarı, müsəlman Şərqində ilk operanın müəllifidir ("Leyli və Məcnun", 1908).