MƏDƏNİYYƏT


Həsirtoxuma sənətini yaşadan usta

Astara rayon Kakalos kənd Mədəniyyət Evinin nəzdində “Xalq Tətbiqi Sənəti Klubu”nun rəhbəri Rüfət Rzayevi rayonda hamı həsir ustası kimi tanıyır. Uzun illərdir ki, həsir toxumaqla məşğul olan Rüfət ustanın əl işləri arasında həsir zənbillər, səbətlər xüsusi yer tutur. Dədə-babadan qalma sənəti yaşadan usta AZƏRTAC-a həsir toxumağın sirlərindən danışır.