MƏDƏNİYYƏT


Vüqar Şixəmmədov: Qarşımızda duran əsas vəzifələrdən biri turizm sahəsində biznes mühitinin daha da yaxşılaşdırılmasıdır

Heç də təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da ölkə başçısı tərəfindən bu sahədə görülən işlər və qarşıda duran vəzifələr bir daha diqqətə çatdırılıb. Prezident İlham Əliyev çıxışında ölkəmizin turizm sektorunun inkişafı üçün yerli və xarici sərmayəçilərin cəlb olunması, viza rejiminin sadələşdirilməsi, bölgələrimizin beynəlxalq turizm regionuna çevirilməsi üçün müvafiq işlərin görülməsi və digər vacib məsələlərə toxunub. Bu istiqamətdə mövcud vəziyyəti aydınlaşdırmaq, görülən işlərlə bağlı daha dolğun məlumat almaq üçün Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov AZƏRTAC-a eksklüziv müsahibə verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır