SİYASƏT


İngiltərə-Azərbaycan Cəmiyyətinin Londonda ənənəvi illik yığıncağı keçirilib

Londonda Böyük Britaniya parlamentinin ictimai-siyasi dinləmələr məkanı olan məşhur “Ettli” zalında İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi illik yığıncağı keçirilib. Tədbirdə İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfdən həmsədri professor Nərgiz Paşayeva, Cəmiyyətin Böyük Britaniya tərəfdən həmsədri, parlamentin Lordlar Palatasının üzvü Lord German, qurumun İcraiyyə Komitəsinin üzvləri, Böyük Britaniya parlamentinin üzvləri iştirak ediblər.