DÜNYA


​İstanbulda yaşayış binası çöküb: dağıntılar altında qalanlar var

AZƏRTAC "HABERLER.COM"a istinadən bildirir ki, İstanbulun Taksim meydanının yaxınlığında yerləşən 5 mərtəbəli yaşayış binası çöküb. Dağıntılar altında qalanlar var. Hadisə yerinə çoxlu sayda təcili yardım maşını və xilasedicilər cəlb edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır