MƏDƏNİYYƏT


ABİDƏLƏRİMİZ: Fəzlullah Nəiminin məzarının yerləşdiyi Əlincəçay xanəgahı

Naxçıvanın qədim tarixi abidələri arasında Culfa rayonunun Xanəgah kəndində yerləşən Əlincəçay xanəgahının özünəməxsus yeri var. Xanəgah dağın döşündə, kiçik bir meydançada yerləşir. Bir çox önəmli tarixi hadisələrin şahidi olmuş bu abidə orta əsrlərə aid memarlıq kompleksidir.