SİYASƏT


Ermənistan hərbi birləşmələrinin komanda-qərargah məntəqəsi darmadağın edilib

Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən Ermənistan silahlı qüvvələrinin komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır