SİYASƏT


İTV-nin baş direktor müavinindən Ermənistanın “Eurovision 2016”nın yarımfinalındakı təxribatına etiraz

Ermənistan təmsilçisi İveta Mukuçyan yarımfinaldan sonra keçirilən mətbuat konfransında qondarma “Dağlıq Qarabağ respublikası”nın “bayrağı”nı “Eurovision” mahnı müsabiqəsində dalğalandırmasını guya ölkəsinin sülhün tərəfdarı olması ilə əlaqəndirib. İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini Şaiq Məmmədov mətbuat konfransında Ermənistan tərəfinin növbəti təxribatına etirazını bildirib.