SİYASƏT


Sutka ərzində atəşkəs rejimi 17 dəfə pozulub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində, Berd rayonunun Çinari, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır