ELM VƏ TƏHSİL


AMEA–da “Azərbaycan elminin inkişaf doktrinası”nın layihəsi müzakirə olunub

İyulun 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (RETƏŞ) növbəti iclası keçirilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə keçirilən tədbirdə akademiyanın vitse-prezidentləri, akademik-katibi, elmi bölmələrin akademik-katibləri, Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının üzvləri, elmi problemlər üzrə şuraların sədrləri iştirak ediblər.