CƏMİYYƏT


Aeroport yolunda avtobus çevrilib, yaralananlar var

İyulun 17-də paytaxtın Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. AZƏRTAC xəbər verir ki, 171 saylı marşrut üzrə hərəkət edən “Daewoo” markalı avtobusla “Shacman” markalı yük maşını toqquşub. Nəticədə yük maşını yoldan çıxıb, avtobus isə aşıb. Qəza nəticəsində 21 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Video: Vusale Sadiqova