CƏMİYYƏT


Bu il 4 min 769 namizəd magistraturaya qəbul olub

2016/2017-ci tədris ilində magistraturaya qəbul imtahanında iştirak etmək üçün ümumilikdə 24 min 110 bakalavr qeydiyyatdan keçib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildiriblər ki, iki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən, 4 min 769 bakalavr magistratura səviyyəsinə qəbul olunub. Onlardan 2 min 209 nəfəri dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib.