ELM VƏ TƏHSİL


Əhalinin pulsuz internetlə təminatı üçün yeni layihəyə başlanılır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) əhalinin pulsuz internetlə təminatı üçün yeni ictimai “WiFi” layihəyə başlayır. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihəyə əsasən, nazirlik “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Dövlət Bayraq Meydanı daxil olmaqla, bütün Dənizkənarı Milli Park və Fəvvarələr meydanı ərazilərini ictimai “WiFi” şəbəkəsi ilə təmin edəcək. Artıq layihələndirmə işləri başa çatıb. Yaxın müddətdə layihənin icrasına başlanılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır