CƏMİYYƏT


Hacı Fuad Nurullayevin Qurban bayramı ilə bağlı tövsiyələri

Qarşıdan müqəddəs Qurban bayramı gəlir. İnsanları halallığa, paklığa səsləyən bu bayram İslam aləmində ən qədim və müqəddəs bayramlardan biri hesab olunur. Qurbanlıqla bağlı insanları maraqlandıran ən vacib məqamlardan biri qurban kəsilən heyvan üçün şəriətdə tələb olunan qaydalardır. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev Qurban Bayramında vacib olan şərtlərdən danışdı.