MÜSAHİBƏ


“ASAN xidmət” əməkdaşları və könüllülərə vahid məbləğdə hər ay müavinət ödəniləcək

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin inkişafı, işçilərinin və könüllülərinin həvəsləndirilməsi ilə bağlı Agentliyə 5 milyon manat vəsait ayırıb. “ASAN xidmət”in sədr müavini Ülvi Mehdiyev bu vəsaitin 1 il müddətində “ASAN xidmət” əməkdaşları, burada işləyən digər dövlət orqanların əməkdaşları və könüllülərə vahid məbləğdə hər ay ödəniləcəyini açıqlayıb.