DÜNYA


İstanbul aeroportunda atışma - iki nəfər saxlanılıb

İstanbulun Atatürk Beynəlxalq Hava Limanında baş verən silahlı insidentlə bağlı iki nəfər saxlanılıb. Məlumata görə, motosikletlə hərəkət edən silahlı şəxs havaya atəş açmağa başlayıb. Əməliyyat zamanı polislə naməlum şəxslər arasında atışma olub. Nəticədə iki nəfərdən biri yaralanıb, digəri isə polisin təqibindən sonra ələ keçib.