CƏMİYYƏT


Qəbələdə yararsız at cəmdəkləri zərərsizləşdirilib

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Nic qəsəbəsində xidmət apararkən sürücü, İsmayıllı rayon sakini Süleymanov Vüqar Hafiz oğlunun idarə etdiyi "VAZ 21074" markalı 31-BE-575 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılıb. Avtomobilə baxış keçirən zaman yük yerində və salonda 200 kiloqram olan, antisanitar vəziyyətdə daşınan 3 baş at cəmdəyi aşkarlanıb.