MƏDƏNİYYƏT


Naxçıvanlı sənətkar Azərbaycan sənturunu hazırlayıb

Səntur qədim milli musiqi alətlərindən biridir. Naxçıvanlı sənətkar yatıq sazlar ailəsinə məxsus olan Azərbaycan sənturunu hazırlayıb. İxtiyar Seyidov illərdir Naxçıvan Musiqi Kollecində saz ixtisasını tədris etməklə yanaşı, milli musiqi alətlərinin hazırlanması ilə də məşğul olur.