DÜNYA


Berlində yük maşını kütləyə çırpılıb, azı 10 nəfər ölüb, 50-dən çox insan yaralanıb

Berlində yük maşınının Milad bazarında iştirak edən insanlara çırpılması nəticəsində azı 10 nəfər ölüb, 50-dən çox insan yaralanıb. AZƏRTAC “lefigaro.fr” saytına istinadla bildirir ki, yük maşınının sürücüsü avtomobili Milad bazarının təşkil edildiyi səki ilə insanların üstünə sürüb. Hadisənin terror aktı olub-olmaması araşdırılır.