CƏMİYYƏT


Süleyman Vəzirov küçəsinin təmirinə başlanılıb

Təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü ikiqat olmaqla yenisi ilə əvəz olunacaq. Bundan başqa, piyadaların təhlükəsizliyi nəzərə alınaraq hər bir tərəfdə 2-3 metr enində piyada səkiləri qurulacaq, mövcudları isə bərpa olunacaq. Səth sularının yolun hərkət hissəsindən kənarlaşdırılması məqsədilə zəruri olan yerlərdə yeni yağış-kanalizasiya sistemi qurulacaq, yağış barmaqlıqları qoyulacaq.