CƏMİYYƏT


FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət etdi

Qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır. Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün bir neçə əsas qayda var ki, onlara əməl edilməlidir. Beləki qaz cihazı saz və standartlara uyğun olmalı, cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı, havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı, hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı, tüstü bacaları ildə iki dəfə təmizlənməlidir. Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir! Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır