RƏSMİ


Prezident İlham Əliyev Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü idarə heyətinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) idarə heyətinin sədri Frederik Reynfeldti qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü idarə heyətinin sədri Frederik Reynfeldtin Azərbaycana səfərinin ölkəmiz ilə bu qurum arasında əməkdaşlıq məsələlərinin geniş müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi, Azərbaycanın bu təşəbbüsə qoşulan ilk ölkələrdən biri olduğunu vurğuladı.