CƏMİYYƏT


“Əlil” tanınma nişanından qanunsuz istifadə edən şəxslər cərimə olunacaqlar

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklərdən biri “Əlil” tanınma nişanından istifadə qaydaları ilə bağlıdır. Dəyişikliklərlə bağlı AZƏRTAC-a müsahibə verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov qeyd edib ki, sözügedən dəyişikliklər ölkəmizdə avtomobillər üzərində “Əlil” tanınma nişanının vurulması məsələsini aktuallaşdıracaq.