CƏMİYYƏT


İslam Həmrəyliyi Oyunları zamanı paytaxtın küçə və yollarında xüsusi qaydalar tətbiq olunacaq

Mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının təhlükəsiz və səmərəli şəraitdə təşkilini təmin etmək məqsədilə yarış məkanlarının ətrafında nəqliyyatın hərəkətinə və parklamaya məhdudiyyətlər tətbiq ediləcək. Atılan addımların əsas məqsədi ərazidə yaşayan sakinlərin gündəlik həyatına və şirkətlərin fəaliyyətinə təsir edəcək narahatçılığı minimuma endirməkdir.