İDMAN


IV İslam Həmrəyliyi Oyunlarının başlamasına 50 gün qaldı

AZƏRTAC xəbər verir ki, “Grassroots” proqramı çərçivəsində keçirilən tədbirdə “Bakı-2017”nin rəsmi tərəfdaş və dəstəkçiləri xüsusi stendlərlə təmsil olunublar. Paytaxt sakinləri və şəhərimizin qonaqları həmin stendlərə yaxınlaşaraq IV İslam Həmrəyliyi Oyunları barədə məlumat əldə edib, həmçinin xüsusi viktorinalara qatılaraq hədiyyələr qazanıblar.