İDMAN


Xəzərdən başlayan su səyahətinin Naxçıvan mərhələsinə start verilib

Aprelin 7-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Naxçıvan mərhələsinə start verilib. Boks üzrə yeniyetmələr arasında Avropa çempionu, birinci Avropa Oyunlarının bürünc mükafatçısı Tayfur Əliyev və cüdo üzrə Avropa çempionatının bürünc mükafatçısı Orxan Quliyevin müşayiəti ilə şahmat həvəskarı Murad Əliyarov Batabat gölünə axan Naxçıvanın məşhur Zor bulağından su götürüb. Sonra səyahət iştirakçıları Naxçıvan şəhərinə yola çıxıblar.