CƏMİYYƏT


Bərdə rayonu sakininin evində odlu silah-sursat aşkar edilib

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bərdə rayonunun Qaradağlı kəndində yaşayan Babək Nərimanovun evində odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində B.Nərimanov saxlanılıb. Onun yaşadığı evin zirzəmisinə baxış zamanı oradan “AK-47” markalı avtomat silah, 17 ədəd qumbara, 790 ədəd müxtəlif çaplı patron, 6 ədəd alışdırıcı və 5 ədəd patron darağı aşkar edilərək götürülüb.