İDMAN


İslam Həmrəyliyi Oyunlarında ikinci qızıl medalı Rəfael Ağayev qazandı

Azərbaycan karateçiləri “Bakı-2017”də ikinci qızıl medalı qazanıblar. AZƏRTAC xəbər verir ki, kişilərin kumite yarışının 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəfael Ağayev finalda Pakistan təmsilçisi Qulam Abbası 4:0 hesabı ilə məğlub edərək IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri final qarşılaşmasına baxıblar.