ELM VƏ TƏHSİL


24 mindən çox abituriyent sınaq imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün mayın 27-də Respublikanın 29 şəhər və rayonunda sınaq imtahanları keçirəcək. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 24584 abituriyent qeydiyyatdan keçib.