CƏMİYYƏT


120-ə yaxın it və pişik öz sahibinin yolunu gözləyir - Azərbaycan Heyvanları Xilasetmə Mərkəzindən REPORTAJ

Bakı-Şamaxı magistral yolunun 15-ci kilometrliyində yerləşən Azərbaycan Heyvanları Xilasetmə Mərkəzində sahibli və sahibsiz heyvanlar üçün bütün şərait yaradılıb. Mərkəzin direktor köməkçisi Vüsalə Ali deyir ki, əsas məqsəd ictimaiyyətin diqqətini sahibsiz heyvanların probleminə yönəltmək, onlara qarşı humanist münasibətin aşılanmasıdır.