RƏSMİ


Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqu qəbul edib. Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini, Bakının gözəl şəhər olduğunu bildirdi. Qonaq qeyd etdi ki, ölkəmiz haqqında nə qədər çox məlumat əldə edirsə, Azərbaycana marağı bir o qədər də artır. Martin Çunqonq ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin dinc şəraitdə yaşamasının önəmini qeyd edərək, Parlamentlərarası İttifaqın Azərbaycan ilə əməkdaşlıqda xüsusilə maraqlı olduğunu bildirdi.