CƏMİYYƏT


XƏBƏRDARLIQ: Bəzi yerlərdə hava qeyri-sabit olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 25-30 dərəcə isti, Bakıda gecə 17-19, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.