RƏSMİ


Prezident İlham Əliyev Yasamal rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Yasamal rayonunun Mətbuat prospektində yeni salınan parkda yaradılan şəraitlə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov parkda görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, antisanitariya mənbəyinə çevrilən ərazi tam təmizlənərək müasir layihə əsasında yüksək səviyyədə abadlaşdırılıb. Burada çoxillik ağaclar əkilib, yaşıllıqlar salınıb...