ELM VƏ TƏHSİL


Ali məktəblərə və magistraturaya qeydiyyat başa çatıb

Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) və magistraturanın boş qalan plan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı başa çatıb. Qeydiyyat bu gün saat 17:00‑də yekunlaşıb. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qəbul olanların təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.