İDMAN


"TRT World" kanalında "Qarabağ" futbol klubu haqqında reportaj yayımlanıb

"TRT World" kanalı Azərbaycanın "Qarabağ" klubu haqqında sujet yayımlayıb. Tanınmış idman jurnalisti Lance Santosun müəllifi olduğu süjetdə işğal olunmuş torpaqlarımız haqqında da məlumat verilir. Həmçinin reportajda komandanın baş məşqçisi Qurban Qurbanov və oyunçuların da müsahibələri yer alıb. Müəllif 5 dəqiqə ərzində “Qarabağ” klubunun yaranma tarixi və keçirdiyi yarışlar barədə də ətraflı məlumat verir.