MƏDƏNİYYƏT


Göyçayda XII Nar festivalı keçirilib

Bu gün Göyçayda Mədəniyyət və Turizm Nazirliyinin, rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı XII Nar festivalı başlayıb. Festivalda 30 minə yaxın insan iştirak edib. Festival çərçivəsində “AzNar” QSC-nin dəstəyi ilə yaradılan “Nar” abidəsinin açılış mərasimi olub, “Ən gözəl nar qızı” respublika müsabiqəsi keçirilib. Podiuma milli geyimdə çıxan qızlar arasında birinci yeri Şövkət Əsədullayeva tutub. Ona “AzNar” QSC-nin sahibi Fərhad Əhmədov tərəfindən 5000 manat mükafat verilib.