CƏMİYYƏT


Qusarda Qarabağ müharibəsi əlilləri üçün tikilən evlər tezliklə sahiblərinə təhvil veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qusar rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilən evlər bu ilin sonunadək sahiblərinə təhvil veriləcək. AZƏRTAC xəbər verir ki, rayon mərkəzində tikilən iki fərdi evdə son tamamlama işləri aparılır. Birmərtəbəli iki otaqdan ibarət evlər üçün dörd sot həyətyanı sahə ayrılıb. Mənzillərin tikintisi yekunlaşdıqdan sonra su, qaz, istilik sistemi ilə təmin ediləcək və həyətyanı sahələrdə abadlıq işləri aparılacaq.