SİYASƏT


Azərbaycan dövləti ölkədə multikultural mühitin qorunmasını daim diqqət mərkəzində saxlayır

Bakıda keçirilən “Gənclər arasında tolerantlıq, humanizm və sülhsevərlik prinsiplərinin təbliğ edilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçıları noyabrın 23-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olublar. AZƏRTAC xəbər verir ki, MDB-yə üzv dövlətlərdən, o cümlədən Rusiya, Belarus və digər ölkələrdən gənclər təşkilatlarının nümayəndələri, gənc alimlər və ekspertləri salamlayan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov ölkəmizdəki multikultural mühit barədə qonaqlara məlumat verib.