DÜNYA


Çinli 10 saniyədə iki dəfə ölümdən qayıdıb

Çin sakini iki təhlükəli hadisədən sonra möcüzəli şəkildə sağ qalıb. AZƏRTAC xəbər verir ki, People's Daily China portalının məlumatına görə, əvvəlcə çinlini az qala yanında dayanmış avtomobilə çırpılan maşın vuracaqdı. Bu hadisədən bir neçə saniyə sonra isə qəza nəticəsində aşan fənər dirəyi az qala çinlinin başına düşəcəkdi.