CƏMİYYƏT


Bakıda “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!” adlı konfrans keçirilib

Noyabrın 24-də Bakıda “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!” adlı konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən BMT-nin İnkişaf Proqramı (UNDP), Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Əhali Fondu (UNFPA), Uşaq Fondu (UNICEF), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Beynəlxalq Miqrasiya Təşkilatı (IOM), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə birgə təşkil edilib.