ELM VƏ TƏHSİL


Xaçmazın Bayoba kəndində yeni modul tipli məktəb binası istifadəyə verilib

Xaçmaz rayonunun Bayoba kəndində 100 şagird yerlik yeni modul tipli məktəb binası istifadəyə verilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Əlvan Fətəliyevin adını daşıyan ümumi orta məktəbin yeni binasında 7 sinif və digər təyinatlı otaqlar var. Modul tipli bina yanğın xəbərdarlıq sistemi, işıq və su təchizatı ilə təmin olunub. Tikintisinə 2017-ci ilin oktyabr ayında başlanılan birmərtəbəli tədris ocağının ümumi sahəsi 350 kvadratmetrdir.