ELM VƏ TƏHSİL


Bu ilin buraxılış, qəbul və sınaq imtahanlarının tarixləri elan edilib

DİM-dən AZƏRTAC-a bildiriblər ki, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmaq istəyənlər üçün sınaq imtahanlarının aprelin 1-də, 15-də, 29-da və iyunda (1 dəfə) keçirilməsi nəzərdə tutulur.