SİYASƏT


Rəcəb Tayyib Ərdoğan: Əgər dünyada vəhşi bir qətliam axtaran varsa, bu Xocalıdır

Bu gün 26-cı ilini qeyd etdiyimiz Xocalı faciəsində şəhid edilən bütün azərbaycanlı qardaşlarımızı rəhmətlə anırıq. AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun toplantısında çıxış edərkən deyib. Rəcəb Tayyib Ərdoğan Xocalıda uşaq, qadın, yaşlı demədən vəhşicəsinə qətlə yetirilənlərə Allahdan rəhmət, azərbaycanlı qardaşlarına başsağlığı və səbr diləyib.