CƏMİYYƏT


“Heç kim unudulmur, heç nə yaddan çıxmır” mövzusunda hərbi-vətənpərvərlik tədbiri keçirilib

Fevralın 21-də DTX-nin Mədəniyyət Mərkəzində “Heç kim unudulmur, heç nə yaddan çıxmır" mövzusunda hərbi-vətənpərvərlik tədbiri keçirilib. Bakının Səbail rayonundakı 7 nömrəli orta məktəbin şagirdlərinin və DTX əməkdaşlarının azyaşlı övladlarının vətənpərvərliyi tərənnüm edən şeirlər oxumaları və təqdim etdikləri bədii kompozisiya tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.