MƏDƏNİYYƏT


Novruz bayramı Parisdə də qeyd olunub

Fransada yaşayan azərbaycanlılar arasında milli adət-ənənələrimizin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə icma üzvlərimiz Parisdə Novruz bayramını qeyd ediblər. İcma üzvü Rza Zeyninin və “Ulduz” Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər Azərbaycan icmasının birliyinin, adət-ənənələrimizi qoruyub gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulayıblar.