İDMAN


“Bakı Marafonu-2018”in Təşkilat Komitəsinin mətbuat konfransı keçirilib

Mətbuat konfransında mayın 13-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunacaq “Bakı Marafonu-2018”də iştirak etmək üçün qeydiyyat prosesi, təlimlər, yarışa hazırlıq, marşrut və yeniliklər barədə məlumat verilib. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını vurğulayan Heydər Əliyev Fondunun tədbirlərin təşkili şöbəsinin müdiri Abuzər Kazımov bildirib ki, Fond ölkəmizdə idmanın kütləviliyinin təmin olunmasına töhfəsini verir.