MƏDƏNİYYƏT


Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi İslamabad şəhərində təntənəli şəkildə qeyd olunub

Azərbaycanın Pakistandakı səfirliyi İslamabad şəhərindəki “Serena” mehmanxanasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbul keçirib. AZƏRTAC xəbər verir ki, qəbulda Pakistanın müdafiə istehsalatı üzrə federal naziri Usman İbrahim, Baş nazirin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Nasir Cancua, ölkənin tanınmış ictimai-siyasi xadimləri, səfirləri, digər diplomatlar, ölkə ordusunun yüksək rütbəli zabitləri və İslamabadda yaşayan azərbaycanlılar iştirak ediblər.